ABŞ-də “United Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin havada başqa bir təyyarə ilə toqquşmasından yayınarkən manevr etməsi nəticəsində 2 sərnişin xəsarət alıb. Hadisənin qarşısı bir az da olsa alınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, şirkətdən "The Washington Post"a elektron poçt vasitəsilə verilən açıqlamaya görə, sərnişinlərin xəsarət alması ilə nəticələnən insident sentyabrın 19-da baş verib.
"United Airlines"a məxsus sərnişin təyyarəsi San-Fransisko Beynəlxalq Hava Limanına doğru enərkən daha aşağı hündürlükdə olan təyyarəni vurmamaq üçün sürətini azaldıb. Manevr zamanı təyyarədə yaralanan iki sərnişin xəstəxanaya aparılıb.
Hadisədə iştirak edən digər təyyarə və sərnişinlərin xəsarət alması barədə məlumat verilməyib. Təyyarə sağ-salamat San-Fransiskoya eniş edərkən, hadisə ilə bağlı araşdırmalar davam edir. Federal Aviasiya Administrasiyasının məlumatına görə, Amerika hava məkanında hər gün orta hesabla 45 min uçuş həyata keçirilir və təxminən 2,9 milyon sərnişin daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB