Slovakiyanın Baş naziri Robert Fiko hökumət ofisinə göndərilən güllə ilə hədələnib. Baş nazir Ukrayna siyasəti ilə bağlı tez-tez tənqidlərə məruz qalır. SİA xəbər verir ki, Slovakiya hökuməti may ayında sui-qəsd cəhdindən sağ çıxan Slovakiyanın Baş naziri Robert Fikoya güllə olan zərfdə təhdid mesajı göndərildiyini açıqlayıb.
Slovakiya hökuməti verdiyi açıqlamada bildirib ki, Baş nazir ağır yaralandığı silahlı sui-qəsddən təxminən 5 ay sonra təhdid edilib.
“Təsdiq edirik ki, içərisində güllə olan zərf Slovakiyanın Baş nazirinə ünvanlanıb. Həmin zərf bu gün hökumət ofisinə çatdırılıb", - məlumatda deyilir.
Slovakiya hökumətinin mətbuat bölməsi hadisə ilə bağlı polis araşdırması başladığını açıqlayıb.
Qeyd edək ki, mayın 15-də Slovakiyanın Baş nazirinə qarşı silahlı hücum olub. Hadisə hökumətin iclasının keçirildiyi binanın qarşısında baş verib. Nəticədə Robert Fiko ağır yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB