Yaponiyada güclü yağış ölkəni ələ keçirdi - ölənlər və yaralananlar var

Yaponiyada güclü yağış ölkəni ələ keçirdi - ölənlər və yaralananlar var

Yaponiyanın İşikava əyalətində yağan güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 11-ə yüksələrkən, 12 nəfərin yaralandığı açıqlanıb. İtkin düşən 6 nəfərin axtarışları davam edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə sonu Yaponiyanın İşikava prefekturasına yağan güclü yağışların sayı getdikcə pisləşir.

Yerli hakimiyyət orqanlarından alınan məlumata görə, daha 2 nəfərin meyitinin tapılması ilə sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 11-ə yüksəlib.

Güclü yağışlardan sonra təhsilin müvəqqəti dayandırıldığı Vacima şəhərində bütün ibtidai və orta məktəblərin bu gün yenidən dərslərə başladığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə