Qəbilə döyüşü qırğına çevrildi - 25 ölü var

Qəbilə döyüşü qırğına çevrildi - 25 ölü var

Sentyabrın 20-də Pakistanın Hayber Paxtunxva əyalətində şiə və sünni qəbilələri arasında başlayan qarşıdurma nəticəsində ən azı 25 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hayber Paxtunxva əyalətinin sözçüsü Saif Əli mətbuata verdiyi açıqlamada bölgədəki gərginliyi və torpaq mübahisəsini həll etməyə çalışdıqlarını bildirib.

Bu toqquşmalar nəticəsində ən azı 25 nəfərin həyatını itirdiyini bildirən Əli onlarla insanın yaralandığını bildirib. Sentyabrın 20-də ağır silahlardan istifadə edilən Hayber Paxtunxva əyalətinin Kurram rayonunda mübahisəli torpaqda tikilən tikiliyə görə rəqib tayfalar arasında münaqişə baş verib. 240 milyon əhalisi olan Pakistanda şiələr ölkənin təxminən 15 faizini təşkil edir. İyulda tərəflər arasında ölümlə nəticələnən münaqişə baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə