Sudanda vəba epidemiyası - ölənlərin sayı artır

Sudanda vəba epidemiyası - ölənlərin sayı artır

Sudan Səhiyyə Nazirliyi ölkədə vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 473-ə yüksəldiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada ölkədə vəbaya yoluxanların ümumi sayının 14 min 944-ə yüksəldiyi qeyd edilib.

Açıqlamada vəba xəstəliyindən həyatını itirənlərin sayının 473-ə yüksəldiyi bildirilib. Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib. Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə