İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda çoxlu fələstinlinin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin mərkəzində Kellab ailəsinə məxsus evi bombalayıb.
Hücum nəticəsində dağılmış evin dağıntıları altından bir nəfərin cəsədi və çoxlu yaralı çıxarılaraq şəhərdəki Nasir Tibb Kompleksinə təhvil verilib. Bu arada səhiyyə rəsmiləri İsrail döyüş təyyarələrinin Xan Yunus şəhərinin şərqində gömrük nəzarəti bölgəsində bir evi bombalaması nəticəsində çoxlu sayda insanın öldüyünü və yaralandığını bildirib.
Səhiyyə rəsmiləri dağıntılar altında hələ də çox sayda insanın itkin düşdüyünü bildirib. İsrail döyüş təyyarəsi Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsində Əl-Yefaviyye küçəsində yerləşən evi hədəf alıb. Təcili yardım və xilasetmə qrupları hücum nəticəsində ölən 1 qadının və 9 yaralının cəsədini uçan evin dağıntıları altından çıxarıb. İsrail döyüş təyyarəsinin Cibaliya qəsəbəsində Es-Sehhar ailəsinə məxsus evi bombalaması nəticəsində çox sayda insan yaralanıb. Cibaliyadakı hücumlarda ölən və yaralananların hamısı Cibaliya Qaçqınlar Düşərgəsindəki Şəhid Kamal Advan Xəstəxanasına yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB