Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti bu haqda Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşündə danışıb.
“Bu yaxınlarda Türkiyə Prezidenti Ərdoğan və mən Astanada görüşdük, oktyabrda Kazanda, BRİKS sammitində bir-birimizi yenidən görəcəyik, onunla ayrıca görüş planlaşdırırıq”, - deyə Putin qeyd edib. Onun sözlərinə görə, Moskva ilə Ankara arasında münasibətlər demək olar ki, bütün sahələrdə çox uğurla inkişaf edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB