Kaliforniyada məhkəmə binasında partlayış baş verib

...Santa Barbara məhkəməsində baş verən partlayış orada quraşdırılmış əldəqayırma partlayıcı qurğunun nəticəsi olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kaliforniya dairəsinin polisi məlumat yayıb.

Bundan əvvəl ABŞ-ın Kaliforniya ştatının Santa Barbara qraflığının şerifi X sosial şəbəkəsində Santa Maria məhkəməsində baş verən partlayışla bağlı məlumat yayıb.

Polis sakinlərdən hücuma məruz qalan obyektin yerləşdiyi əraziyə getməməyi xahiş edib.

Şerifin hesabatında vurğulanır ki, hadisə yeri təhlükəli olaraq qalır. Fövqəladə vəziyyətin təfərrüatları barədə hələlik məlumat verilmir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə