Rusiyada dələduz və oğrular at oynadırlar...

…2023-cü ildə Sankt-Peterburqda informasiya və telekommunikasiya texnologiyaları sahəsində cinayətlərin sayı demək olar ki, 30 faiz artıb, bu ilin 8 ayı ərzində isə artım tempi təxminən 20 faiz təşkil edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə şəhər prokurorunun birinci müavini Viktor Vinetski danışıb.

Onun sözlərinə görə, dələduzluq və oğurluğun üstünlük təşkil etdiyi belə cinayətlərin açılma faizi aşağıdır: 2023-cü ildə 22 faiz, bu il isə 18,5 faiz...

…Yaşlılara və sosial cəhətdən həssas kateqoriyalara qarşı törədilən cinayətlər böyük narahatlıq doğurur.

Bunu Sankt-Peterburq prokuroru Viktor Melnik deyib.

Şəhər prokurorluğunun kollegiyasının iclasında məlum olub ki, ilin əvvəlindən bu yana 4300-ə yaxın Sankt-Peterburq təqaüdçüsü “telefon fırıldaqçılarından” əziyyət çəkib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl fırıldaqçılar Sankt-Peterburqdan olan yaşlı qadının 10 milyon rublunu aldadıb əlindən alıblar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə