Rusiya Çində pilotsuz təyyarələr istehsal edir, Cin rəhbərləri isə…

...pilotsuz uçuş aparatları da daxil olmaqla, hərbi məhsulların ixracına ciddi nəzarət etdiklərini bildirərək, bu cür layihələr barədə məlumatlarının olmadığını deyirlər..?

...Rusiya Çində Ukraynaya qarşı müharibədə istifadə üçün nəzərdə tutulan uzaq mənzilli hücuma malik pilotsuz təyyarələr hazırlayaraq istehsalına başlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.

Nəşrin məlumatına görə, “Almaz-Antey” dövlət korporasiyasının törəmə şirkəti olan Rusiyanın “IEMZ Kupol” şirkəti “Harpy-3” adlı pilotsuz təyyarə hazırlayıb və onun uçuş sınaqlarını çinli mütəxəssislərin iştirakı ilə həyata keçirib.

Daha sonra “Kupol” şirkəti Rusiya Müdafiə Nazirliyinə Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Çindəki zavodda pilotsuz təyyarələrin kütləvi istehsalına başladığını bildirib.

Maraqlıdır ki, Çin səlahiyyətliləri, pilotsuz uçuş aparatları da daxil olmaqla, hərbi məhsulların ixracına ciddi nəzarət etdiklərini bildirərək, bu cür layihələr barədə məlumatlarının olmadığını deyirlər.

...Analitiklər qeyd edirlər ki, Çin pilotsuz təyyarələrinin tədarükü təsdiqlənərsə, bu, mühüm hadisə olacaq. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Fabian Hinzin sözlərinə görə, Çin indiyədək Rusiyaya ikili təyinatlı mallar verib, lakin bütün silah sistemləri deyil.

“Kupol” xəbər verir ki, Harpy-3 pilotsuz təyyarəsi 50 kq faydalı yüklə təxminən 2000 km məsafə qət edə bilir. “Harpy” və bəzi digər Çin istehsalı olan dron modellərinin nümunələri sonrakı sınaqlar üçün Rusiyanın “Kupol”una təhvil verilib.

...Yenə də bu arada Reuters-in nəzərdən keçirdiyi sənədlərə əsasən, Kupol Rusiyanın İjevsk şəhərindəki qərargahında ikisi Harpy 3 olmaqla, Çin istehsalı olan yeddi hərbi pilotsuz uçan aparat alıb.

Avropanın iki kəşfiyyat mənbəsinə görə, pilotsuz təyyarə nümunələrinin “Kupol”a çatdırılması 2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan bəri onların agentliyinin Çin istehsalı olan PUA-ların Rusiyaya göndərildiyini aşkar etdiyinə dair ilk konkret sübutdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə