Rus qadını ilə evlilikdən dörd uşaq atası olan tacikin hekayəsi…

O, Rusiyadan çıxarılıb və bu ölkəyə girişi ömürlük qadağan edilib

...Bu günlərdə “Current Time” (“Nastoyaşee Vremya”) telekanalı Rusiyadan deportasiya edilib və ömürlük bu ölkəyə girişi qadağan edilən Tacikistan vətəndaşının hekayəsini yayımlayıb.

Beləliklə, onun dediyinə görə, Rusiya sərhədçiləri onun Rusiyada yaşamaq icazəsini, Rusiya vətəndaşı ilə evliliyini və qadınla birlikdə dörd övladının olmasını nəzərə almayıblar.

Tacikistanlı deyir ki, heç kim ona niyə deportasiya qərarının verildiyini və nə üçün Rusiyaya girişinin qadağan edildiyini izah etməyib.

SİA-nın əldə etdiyi məlumata görə, vətəninə qısamüddətli səfər edən tacik, Rusiyaya qayıdarkən Moskva hava limanında saxlanılıb.

Minlərlə digər Tacikistan vətəndaşı kimi onu da gözləmə otaqlarından birinə aparıblar və az qala bir gün saxlayıblar. Onun bütün telefon danışıqlarını yoxlayıblar, barmaq izlərini və ağzından tampon götürüblər.

Nəhayət, uzun saatlar gözlədikdən sonra ona deportasiya ediləcəyi barədə məlumat verilib.

…Mənə dedilər ki, evə, Tacikstana gedəcəksən. Mən onlara burada ailəmin, uşaqlarımın olduğunu dedim.

Cavab verirlər ki, burada səninlə artıq heç kim danışmayacaq. Ağzını bağlasan daha yaxşı olar…

Dedim ki, heç olmasa, Rusiyadan nə üçün deportasiya edildiyimi izah edə bilərsənmi? Ruslar buna lüzum olmadığını bildirdilər və heç kim mənə heç nə izah etmədi.

Bunu da tacik deyir bunu.

Deməli, Moskvadan Düşənbəyə göndərilən tacik, bu dəfə Düşənbədən Moskvaya yox, Kazana uçur.

Və yenə də əvvəlki olaylarla qarşılaşır, yəni geri, Tacikstana qaytarılır.

Qeyd edək ki, tacik növbəti ailəsinin yanına getmək üçün bu Belarusa uçub və maraqlı da olsa, Belarusdan da onu geri qaytarıblar.

Bu arada Tacikistanlının həyat yoldaşı Rusiya Federal Təhlükəsizlik Xidmətinə (sərhəd xidməti bu quruma aiddir) ərizə ilə müraciət edib və ərinin deportasiyasının səbəbinin izah edilməsini istəyib. Lakin şöbə ona da hər bir hansı açıqlama verməkdən imtina edib.

Yeri gəlmişkən, həmin tacik onu da bildirib ki, Rusiyanı tərk etməzdən bir neçə gün əvvəl Rusiya vətəndaşlığını almağa çalışıb və artıq sənədlərin hazırlanması üçün rüsum da ödəyib. Ancaq bir müddət keçdikdən sonra pasport idarəsində ona deyiblər ki, “heç kim taciklər üçün heç nə etməyəcək və hələlik hər şey yalnız Müdafiə Nazirliyi ilə müqavilə əsasındadır”. Yəni pasport almaq üçün ona Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq, Ukraynada döyüşmək və yalnız bundan sonra, yəni ölməyəcəyi təqdirdə vətəndaşlıq almaq təklif olunub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə