Bayden iki ölkəyə səfər edəcək

ABŞ prezidenti Co Bayden oktyabrın 10-15-də Almaniya və Anqolaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib. "Prezident Co Bayden oktyabrın 10-dan 15-dək Almaniya və Anqolaya səfər edəcək", - deyə o, yazılı açıqlamasında bildirib. Jan-Pyer aydınlaşdırdı ki, Almaniyada Bayden "ABŞ və Almaniya arasındakı əlaqələri daha da gücləndirmək" və "ortaq prioritetlər üzrə hərəkətləri əlaqələndirmək" üçün hökumət rəsmiləri ilə görüşəcək. ABŞ prezidenti həmçinin “ABŞ, Almaniya və bütün NATO alyansının təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəni” qeyd edəcək. Bayden oktyabrın 13-dən 15-dək Anqolada qalacaq və prezident João Lourenço ilə görüşəcək, onunla ümumi maraqlar və iqtisadi tərəfdaşlıq sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə