Nazir Həmas "kolbasalarını" azad etməyə çağırıb

Starmer çıxışı zamanı səhv edib

Böyük Britaniyanın baş naziri Keir Starmer Qəzzadan girovların deyil, “kolbasaların” geri qaytarılmasını tələb edərkən səhv danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, biabırçılıq Britaniya Nazirlər Kabinetinin rəhbərinin Leyboristlər Partiyasının konfransında çıxışı zamanı baş verib.

Qeyd edilməlidir ki, ingilis dilində girovlar və kolbasa sözləri oxşar səslənir.

…Mən bir daha Qəzzada dərhal atəşkəsə, kolbasaların... girovların geri qaytarılmasına çağırıram, - deyən Starmer tez də özünü islah edə bilib.

Bundan əlavə, Böyük Britaniyanın baş naziri bir daha Livan və İsrail sərhədində gərginliyin azaldılmasına çağırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə