Rusiya millisinin keçmiş futbolçusu narkotiklə tutulub...

Krasnodar məhkəməsi narkotik vasitələrin qanunsuz satışına cəhddə təqsirli bilinən Rusiya millisinin keçmiş futbolçusu Aleksey Buqayevə hökm oxuyub. Krasnodar diyarı məhkəmələrinin birgə mətbuat xidmətindən verilən məlumata görə, idmançı 9 il 6 ay müddətinə ciddi rejimli koloniyaya göndəriləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 43 yaşlı futbolçu 2023-cü il oktyabrın sonunda Krasnodarın mərkəzində yarım kiloqramlıq paket maddə ilə saxlanılıb. Sonradan ekspertiza göstərib ki, bunlar narkotikdir. Buqayev müxtəlif yollarla və ifadələrlə şübhəni özündən çıxarmağa çalışıb.

“Keçmiş futbolçu ifadəsində narkotik maddə yaymağı planlaşdırmadığını, lakin ona bunu təklif edən şəxslərin ifşa olunmasında polisə kömək etmək istədiyini bildirib təqsirli olduğunu və o, əməllərindən peşman olduğunu bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə