Qadın 13 yaşlı qızını 25 min dollara satmağa cəhd edib

...Səmərqənddə 41 yaşlı qadın 13 yaşlı qızını 25 min ABŞ dollarına satmaq üçün restorana gələn zaman həbs edilib. SİA-nın əldə etdiyi məlumata görə, qadının üzərində sübut kimi qızının satışından əldə edilən pullar aşkar edilib.

Yerli mətbuatın məlumatına görə, qadın 2 il əvvəl Özbəkistan Cinayət Məcəlləsinin 169-cu (“Oğurluq”) maddəsi ilə məhkum edilib və cinayət törətdiyi vaxt cəzasını ev dustaqlığında çəkirmiş.

Qızını satmağa cəhd etdiyinə görə 235-ci (“İnsan alveri”) maddəsi ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Qadının qızı və digər uşaqları dövlət himayəsinə götürülür.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə