Bayden suala cavab verməkdən yayınıb...

...ABŞ-ın Rusiya ilə müharibəyə hazır olması ilə bağlı

ABŞ prezidenti Cozef Bayden RİA Novosti-nin ABŞ-ın Rusiya ilə mümkün müharibəyə hazır olması ilə bağlı sualına cavab verməyib.

SİA xəbər verir ki, agentliyin məlumatına görə, Amerika liderinə Ukraynanın Amerika silahları ilə Rusiyanın dərinliklərinə atəş açmaq üçün icazə alması fonunda ABŞ-ın Rusiya ilə döyüşməyə hazır olub-olmaması ilə bağlı sual verilib.

Sentyabrın 12-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Vaşinqtondan müvafiq icazə NATO-nun Ukrayna münaqişəsinə birbaşa müdaxiləsi demək olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə