ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi Yaxın Şərqdə zədələnib

…Yaxın Şərq kruizində USS Abraham Lincoln təyyarədaşıyan gəmisini müşayiət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin USNS Big Horn tankeri zədələnib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Associated Press məlumat yayıb.

Agentliyin məlumatına görə, gəmi “insident nəticəsində” təyyarədaşıyan qrupunu təchiz edərkən zədələnib.

Bu barədə təfərrüatlar verilmir.

Gəminin heyətinin xəsarət almadığı və təhlükəsiz olduğu qeyd edilir.

Gəmidən yanacağın sızması əlamətləri də yoxdur.

AP mənbələrinə görə, Big Horn yedək gəmiləri sayəsində suda qalır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə