Beyrutda "Hizbullah"ın yüksək raket komandiri öldürülüb..?

Bu gün, sentyabrın 24-də günün ortasında İsrail Hərbi Hava Qüvvələri Beyruta hədəfli zərbə endirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

SİA xəbər verir ki, Reuters agentliyinin “Hizbullah”dakı mənbələri təsdiqləyiblər ki, İsrail qruplaşmanın raket qüvvələri İbrahim Mehmed Kabisi öldürüblər.

Zərbə Beyrutun cənub ətrafı və “Hizbullah”ın qalası olan Dahiya şəhərinin Cobairi məhəlləsindəki binaya endirilib. Evin üç mərtəbəsi uçub. Sosial şəbəkələrdə dağıntı və ölənlərdən birinin cəsədinin fotoları yayılıb.

Livan mediası İsrail Müdafiə Qüvvələrinin zərbəsi zamanı itkiləri təsdiqləsə də, hücumun hədəfinə çatdığını təkzib edib. Bununla belə, iki “Hizbullah” təhlükəsizlik mənbəsi Reuters agentliyinə qətli təsdiqləyib.

Səudiyyə mediası da öz mənbələrinə istinadən oxşar bəyanatla çıxış edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə