Suriya və İraqın şimalında üç terrorçu zərərsizləşdirilib

Suriya və İraqın şimalında separatçı terror təşkilatı PKK-ya mənsub 3 terrorçu zərərsizləşdirilib.

SİA türk saytlarına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyinin açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəni fasiləsiz davam etdirdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Suriyanın şimalındakı ''Fərat qalxanı'' bölgəsində 2 PKK/YPG terrorçusu ilə İraqın şimalındakı ''Pençe-Kilid'' əməliyyatı bölgəsində aşkar edilən 1 PKK terrorçusu zərərsizləşdirilib.

"Mehmetçik qəhrəmancasına və fədakarcasına mübarizəyə davam edəcək",-açıqlamada vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə