ABŞ-də tələbələrə telefon qadağası qoyulub

ABŞ-ın Kaliforniya ştatında məktəblərdə şagirdlərin smartfonlardan istifadəsinə məhdudiyyət qoyulması barədə qərar qəbul edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yeni qanun tələbələrin məktəbdə olarkən ekranlara deyil, akademik işlərinə, sosial inkişafına və dünyaya diqqətini yönəltməyə kömək edəcək. İmzalanan yeni qanuna əsasən, ştatdakı məktəblər tələbələrin telefon istifadəsini məhdudlaşdıran qaydaları tətbiq etməli olacaqlar.

Qanun məktəb şuralarından 2026-cı il iyulun 1-dək tələbələrin kampuslarda və ya məktəblərdə smartfon istifadəsini qadağan edən qaydalar yaratmağı və ya bunu müəyyən vəziyyətlərlə məhdudlaşdırmağı tələb edir. Qanun həm də sinifdə diqqəti yayındıran amilləri və sosial medianın uşaqların psixi sağlamlığına təsirini minimuma endirməyi hədəfləyir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə