Livanda ölənlərin sayı 560-a çatıb

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 492-dən 558-ə yüksəlib, 1835 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad mətbuat konfransında bildirib.

“Qurbanlar arasında 50 uşaq və 94 qadın var. 4 təcili tibbi yardım işçisi də həlak olub, onların maşınları hava zərbələrinə məruz qalıb”, - deyə o bildirib

Bütün xəbərlər Facebook səhifəmizdə