Konqo Demokratik Respublikasında 1685 məhbus azad edilib

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasadakı Makala Mərkəzi Həbsxanasından 1685 məhbus sağlamlıq vəziyyətinə görə sərbəst buraxılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ədliyyə naziri Konstant Mütəmba açıqlamasında Makala Mərkəzi Həbsxanada olan 1685 məhbusun lazımi tibbi müdaxilələrin həyata keçirilməsi üçün sərbəst buraxıldığını bildirib.

Mütəmba xəstə məhbuslara təcili tibbi yardım göstərildiyini və onların müalicəsinin evdə davam etdiriləcəyini bildirib. Makala mərkəzi həbsxanasının tutumu 1500 nəfər olsa da, 12 mindən çox məhbus olduğu bildirilir. 3 sentyabr 2024-cü ildə qaçmağa cəhdin baş verdiyi həbsxanada təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 159 məhbus həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə