Cənubi Koreya hərəkətə keçdi

Cənubi Koreya hökuməti fövqəladə vəziyyətdə İsrail və Livanda yaşayan vətəndaşlarını təxliyə etməyi planlaşdırdığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Seulda yerləşən Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya xarici işlər nazirinin birinci müavini Kim Honq-kyun öz bəyanatında hökumətin İsrail və Hizbullah arasındakı münaqişəni diqqətlə izlədiyini bildirib.

Kim Honq-kyun bildirib: "Bizim fövqəladə hallar zamanı vətəndaşlarımızı təxliyə etmək planımız var. Vəziyyət pisləşərsə, hava limanının bağlanması və ya digər axsamalar baş verə bilər. Biz vətəndaşlarımıza kommersiya uçuşlarının mövcud olduğu müddətdə oranı tərk etmələrini şiddətlə tövsiyə edirik".

Yonhap agentliyinin məlumatına görə, İsraildə 480, Livanda isə 140 Cənubi Koreya vətəndaşı var.

Bütün xəbərlər Facebook səhifəmizdə