Qəzza müharibəsinə son qoymaq üçün digər ölkələrlə əməkdaşlığa hazırıq - İran

İranın vitse-prezidenti Cavad Zərif bildirib ki, ölkəsi Qəzza müharibəsinə son qoymaq üçün digər ölkələrlə əməkdaşlığa hazırdır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Mehr" Xəbər Agentliyinin məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası çərçivəsində müxtəlif təmaslar etmək üçün ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Zərif gündəmlə bağlı sualları cavablandırıb.

Zərif deyib: "Biz öz vətəndaşlarımız və digər ölkələrin vətəndaşları üçün daha dinc və sabit bir dünyaya doğru irəliləmək istəyirik. Biz müharibə axtarmırıq, ancaq özümüzü müdafiə edəcəyik".

İranın Qəzza müharibəsinin sona çatması üçün digər ölkələrlə əməkdaşlığa hazır olduğunu vurğulayan Zərif həmçinin bildirib ki, "beynəlxalq ictimaiyyət Qəzza müharibəsini bitirmək üçün bizi təmkinlə hərəkət etməyə çağırdı, lakin atəşkəs razılaşması vədi heç vaxt həyata keçirilmədi" fikrini sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə