Livanın cənubundan qaçın! - FOTOLAR

İsrail oktyabrın 7-dən bəri şimal qonşusu Livana ən irimiqyaslı hava hücumunu həyata keçirib. İsrail ordusu Livana qarşı əməliyyatın “Şimal oxları” adlandırıldığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində ən azı 492 nəfər ölüb, 1645 nəfər yaralanıb. Ölənlər arasında çoxlu sayda uşaq və qadın da var.

İsrailin bombardmanından sonra Livanın cənubundan qaçışlar başlayıb. Sidon şəhərində insanlar qaçmaq üçün hərəkətə keçəndə nəqliyyatın hərəkəti dayanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə