Siyarto üçüncü dünya müharibəsi ilə bağlı açıqlama verib

...Dünya üçüncü dünya müharibəsi və ya bloklara parçalanma təhlükəsi ilə üzləşə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, üçüncü dünya müharibəsi riski “getdikcə ciddiləşir”.

…Yaxud hər şey dünyanın yenidən bloklara bölünəcəyi dövrə doğru irəliləyir.

Bunu deyən Siyarto qeyd edib ki, Macarıstan keçmişdə bloklara bölündüyü üçün çox əziyyət çəkib və bu dövrün qayıtmasını istəmir.

Siyarto vurğulayıb ki, Budapeşt “gələcək onilliklərin ölkələrin bir-birinə bağlılığı və ədalətli beynəlxalq əməkdaşlıq ilə xarakterizə olunmasını” istəyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə