Biz, “Moskva heç vaxt yatmır” deyiminin nə olduğunu ruslara göstərdik…

Bu gün Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri 1000 km-dən çox məsafəni uçur...

...Ukraynada son bir ildə pilotsuz təyyarələrimizin uzaq məsafəli uçmaq imkanları bir neçə dəfə artıb.

SİA-nın əldə etdiyi məlumata görə, Ukraynanın Müdafiə naziri Rustem Umerov bu barədə sentyabrın 23-də “Forbes Ukrayna” üçün dərc olunan köşə yazısında bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə təkcə Müdafiə Nazirliyi 21 milyard UAH-dan (Ukraynanın pul vahidi – A.B.) çox dəyərində pilotsuz təyyarələr və onlar üçün daha 9 milyard UAH-a sursat müqaviləsi imzalayıb.

…Bizim pilotsuz təyyarələrimiz əsl Moskvanın heç vaxt yatmadığının nə olduğunu ruslara göstərdi, - deyə Umerov yazıb.

…Bu gün Ukrayna pilotsuz təyyarələri 1000 km-dən çox uçur, Murmansk və Volqa bölgəsinə çatır və Rusiyanın neft emalı zavodlarını və aerodromlarını məhv edir.

Nazirin dediyinə görə, Ukrayna dünyada ilk dəfə olaraq “dron dəstəsi” texnologiyasını tətbiq edib.

…Təkcə son bir ildə biz düşmən ərazisində 200-dən çox hədəfi məhv edib və ya zədələyə bildik. Onların arasında idarəetmə məntəqələri, aerodromlar, gəmilər, hava hücumundan müdafiə sistemləri və Rusiya Federasiyasının hərbi qulluqçularının yerləşdiyi yerlər var. Biz düşmən təyyarələrini sərhəddən 250 km aralıda yerləşən aerodromlara köçürməyə məcbur etdik. Qara dənizdə biz Rusiya gəmilərini Krımdakı hərbi bazalardan Krasnodar diyarının sahillərinə qaçmağa məcbur etdik.

Bunları dyən Umerov, əlavə edib ki, müdafiə qüvvələri tam donanması olmadan son bir il ərzində Rusiyanın 10 suüstü gəmi və bir sualtı qayığını məhv edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə