Netanyahu Livan xalqına müraciət edib

…İsrailin baş naziri Benyamin Netanyahu Livan sakinlərinə müraciət edərək, onları “Hizbullah” şiə təşkilatının silah saxladığı əraziləri tərk etməyə çağırıb.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. …Livan xalqına bir mesajım var. İsrail sizinlə yox, “Hizbullah”la müharibə aparır. Çox uzun müddətdir ki, o, sizdən canlı qalxan kimi istifadə edir, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, “Hizbullah” raketləri ölkə sakinlərinin “otaqlarına və qarajlarına” yerləşdirib. O əlavə edib ki, İsrail öz xalqını qorumaq üçün bu silahları məhv etməlidir.

…Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri bildirib ki, İsrail ordusu Livanın şərqindəki Bekaa vadisində şiə “Hizbullah” hərəkatının hədəflərinə zərbələr endirməyə hazırlaşır.

O, əlavə edib ki, “Hizbullah” mülki binalarda strateji silahlar saxlayır və əhalidən canlı qalxan kimi istifadə edir.

Bu barədə RİA Novosti məlumat yayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə