Poroşenko və oğlu Rusiyada terrorçular siyahısına daxil edilib

Bundan əvvəl Ukraynanın eks-prezidenti axtarışa verilmişdi

Rosfinmonitorinq Ukraynanın eks-prezidenti Pyotr Poroşenko və oğlu Alekseyi terrorçu eləcə də ekstremistlər siyahısına əlavə edib.

SİA-nın əldə etdiyi məlumata görə, məlumatlar sentyabrın 23-də reyestrdə yer alıb.

Rusiyanın mülkiyyətinə keçən "Lipetsk Roshen" fabrikinin idarəçiliyində olan ukraynalı Oleq Kazakov da bu siyahıya salınıb.

Xahırladaq ki, hələ yazda Rusiya Daxili İşlər Nazirliyi Poroşenkonu Cinayət Məcəlləsinin adı açıqlanmayan maddəsi ilə axtarışa verib.

Petro Poroşenko 2014-2019-cu illərdə Ukrayna prezidenti olub. İndi o, Avropa Həmrəyliyi partiyasına rəhbərlik edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə