On milyonlarla rubla başa gələn Rusiya bayrağı çırılıb...

Nijni Tagildə güclü külək on milyonlarla rubl dəyərində olan Rusiya bayrağını cırıb.

SİA xəbər verir ki, bu barədə “Nakanune.RU” Telegram kanalına məlumat verilib.

Qeyd edək ki, yeni bayrağın açılışı ay yarım əvvəl olub, tədbir Şəhər Gününə təsadüf edib.

Bayrağın uzunluğu 50 metr, dəyəri 30 milyon rubl təşkil edir. Bayraq güclü küləklər zamanı parçanı tutan elektron külək göstəricisi ilə təchiz edilib.

Hazırda internetdə yayılan görüntülərdə bayraq dirəyinin yalnız kiçik yamaqları qaldığını görə bilərsiniz.

…Bundan əvvəl Moskvada yaşayış binasının fasadının bir hissəsi külək səbəbindən uçub.

Hadisə şahidlərin paylaşdığı videoya çəkilib. Bildirilib ki, təbii fəlakət paytaxtın digər ərazilərində də bir neçə evə ziyan vurub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə