İrəvanın mərkəzindəki keçiddə meyiti tapılıb

Ermənistan polisi İrəvanın mərkəzində mümkün cinayəti araşdırır. Hüquq-mühafizə orqanları bu gün səhər tezdən meyiti tapılan kişinin hansı səbəbdən öldüyünü araşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, çərşənbə axşamı səhər İrəvanda həyat əlamətləri olmayan kişi tapılıb.

Shamshyan.com xəbər verir ki, zərərçəkən paytaxtın Kentron rayonunda Xancyan küçəsində yerləşən yeraltı keçiddə ölüb.

Müəyyən edilib ki, ölən bir neçə xəsarət alıb: ayaqları zədələnib, başı sındırılıb.

Faktla bağlı cinayət işi açılıb. Ölən şəxsin kimliyi müəyyənləşdirilir. Hazırda onun təxminən 45 yaşı olduğu məlum olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə