Xarkovda partlayış səsləri eşidilib

Xarkovda partlayış səsləri eşidilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şəhərin meri İqor Terexov öz Telegram kanalında məlumat verib.

Mer aydınlaşdırıb ki, ilkin məlumatlara görə, partlayış şəhərətrafı ərazilərdə baş verib. Dəqiq yer və mümkün zərər barədə hələlik məlumat verilmir.

Bundan əvvəl Ukraynanın Energetika Nazirliyi məlumat vermişdi ki, pilotsuz uçuş aparatının vurulmasından sonra Dnepropetrovsk vilayətində yarımstansiyada yanğın baş verib.

İdarədən qeyd edilib ki, yanğın nəticəsində hava elektrik xətti də sıradan çıxıb və bu da şəbəkədə gərginliyin azalmasına səbəb olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə