2024-cü ilin ilk 7 ayında İsraili tərk edənlərin sayı

İsrail Mərkəzi Statistika İdarəsindən “Kanal 13” televiziyasının verdiyi xəbərə görə ...

2024-cü ilin ilk 7 ayında 40 min israilli ölkəni tərk edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İsrail Mərkəzi Statistika İdarəsindən “Kanal 13” televiziyasının verdiyi xəbərə görə, israillilərin xaricə miqrasiyasında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub.

“Neqativ miqrasiya”da böyük artımı ortaya qoyan yeni statistikaya görə, 2024-cü ilin yanvarından iyuluna qədər 40 mindən çox israilli ölkəni tərk edib.

Eyni statistikaya görə, 2023-cü ildə təxminən 55 min 300 israilli xaricə gedib. Həmin il 27 min adam İsrailə qayıdıb və ya başqa ölkədən İsrailə gəlib.

2022-ci ildə təxminən 38 min israilli xaricə mühacirət edib, 23 mini qayıdıb.

2021-ci ildə isə İsraili tərk edənlərin sayı 31 min, ölkəyə qayıdanların sayı isə 29 min nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə