“Seçkiləri uduzsam, düşünürəm ki …”

ABŞ-da noyabr seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp uduzacağı təqdirdə bir daha yarışa girməyəcəyini bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, jurnalist Şaril Atkissonun proqramında seçki gündəliyilə bağlı danışarkən D.Tramp deyib: “Seçkiləri uduzsam, 2028-ci ildə yenidən namizəd olmağı düşünmürəm. Fikirləşirəm ki, elə hamısı bu qədərdir. Amma ümid edirəm ki, uğur qazanacağıq".

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp noyabrın 5-də prezidentlik uğrunda Demokrat rəqibi Kamala Harrislə yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə