“Qlobal sistem bütün effektivliyini və etibarını itirib”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Beynəlxalq qurumlar və təşkilatlar Qəzzada zülmün dayandırılması və İsrailin qırğınının qarşısının alınması üçün heç bir təsirli addım atmadı" deyə bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nyu-Yorkda Türkiyə-Amerika Milli Rəhbər Komitəsinin (TASC) təşkil etdiyi tədbirdə Amerika Türk İcmasının nümayəndələri ilə görüşən R.T.Ərdoğan bu sözləri söyləyib: “Qlobal sistem bütün effektivliyini və etibarını itirməyə başlayıb. Sülh və təhlükəsizliyi təmin etmək vəzifəsi daşıyan qurumlar açıq-aşkar mənəvi iflasa uğrayıb. Qəzzada 352 gündür davam edən qırğın bir daha bunu göstərdi.

Srebrenitsadan 30 il sonra bütün dünyanın gözü qarşısında Qəzzada son dərəcə amansız bir soyqırım baş verir. Bu günə qədər 1,9 milyon adam evini tərk etmək məcburiyyətində qalıb. Və bu insanlar heç bir infrastrukturu olmayan çox pis şəraitdə həyatda qalmaq üçün mübarizə aparırlar. Bütün bu iztirablar yaşanarkən təəssüf ki, gözə çarpan hərəkət yoxdur. Bir neçə cəsur adamdan başqa, qlobal qurum və təşkilatlar Qəzzada zülmün dayandırılması və İsrailin qırğınlarının qarşısının alınması üçün heç bir təsirli addım atmayıb. Əksinə, etdiyi hər qanunsuz hərəkətə görə “mükafatlandırılan” İsrail hökuməti hər dəfə daha qanlı, daha vicdansız hücumlar edir.

İsrailin Fələstin torpaqlarında, xüsusən də Qəzzada törətdiyi soyqırım bölgəmizdə sülhə təhdiddir. Livana qarşı son hücumlar və İsrailin verdiyi son açıqlamalar onların müharibəni bölgəyə yaymaq səylərinin bariz təzahürüdür. Türkiyə olaraq deyirik ki, bu işğal və qırğın siyasətinə ən qısa zamanda son qoyulmalıdır. Biz əlimizdən gələni edirik və etməyə də davam edəcəyik. İlk qibləmiz olan Əqsa məscidinin alın müqəddəsliyinə və tarixi statusuna edilən hər hansı bir hücuma səssiz qalmadıq, qalmayacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə