İsrail ordusu Livana yeni hava zərbəsi endirib

İsrail ordusu Livanın cənubuna yeni hava hücumu təşkil etdiyini elan edərkən bölgənin bir çox yerindən tüstü qalxıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada Livanın cənubuna yeni hava hücumu təşkil edildiyi bildirilib.

Hücumlarla bağlı heç bir təfərrüat verilməsə də, bölgə sakinləri İsrail döyüş təyyarələrinin Livanın cənubunda bəzi yerlərə hava zərbələri endirdiyini bildiriblər. Sosial mediada yayılan görüntülərdə Livanın cənubundakı bəzi bölgələrdə baş verən hücumlar səbəbindən tüstünün yüksəldiyi görülüb.

İsrail ordusu bu gün səhər saatlarında Livanın cənubuna hava zərbələri endirib. Ordudan verilən açıqlamada, çoxlu döyüş təyyarəsinin iştirak etdiyi bildirilən bu səhər hücumlarında 150-dən çox hədəfin vurulduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə