Sudanda ölənlərin sayı 388 nəfərə çatıb

Sudanda vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 388-ə yüksəldiyi açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada vəba epidemiyasının ölkədəki 18 əyalətdən 10-da yayıldığı paylaşılıb.

Açıqlamada, ümumi yoluxma sayının 12 min 896-ya yüksəldiyi, vəba səbəbi ilə həyatını itirənlərin sayının isə 388-ə çatdığı bildirilib. Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib. Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə