Əsəd ümumi amnistiya elan edir

Suriya prezidenti Bəşər Əsəd 22 sentyabr 2024-cü il tarixinə qədər qaçış cinayətləri və qanun pozuntularına görə ümumi amnistiya elan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, gizlənən və ədalətdən qaçanlar üç ay ərzində ölkə daxilində, dörd ay ərzində isə xaricdə təslim olarsa, sözügedən fərmanın müddəaları həyata keçiriləcək.

Fərmanda Hərbi Cinayət Məcəlləsində elan edilmiş daxili və xarici qaçma cinayətləri törətmiş şəxslərə verilən cəzanın bütün müddətinə ümumi amnistiya nəzərdə tutulur. Bu fərmanın müddəaları üç ay ərzində ölkə daxilində və dörd ay ərzində xaricdə təslim olmadıqda, gizlənən və ədalətdən qaçan şəxslərə şamil edilmir. Fərmanda, həmçinin cəmiyyətə və dövlətə ağır qəsd təşkil edən bəzi cinayətlər, rüşvətxorluq, saxtakarlıq və ictimai əxlaqa zidd olan bəzi cinayətlər istisna olmaqla, bütün cinayətlərə və pozuntularla bağlı cəzalara görə ümumi amnistiya nəzərdə tutulur.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə