Yaponiyada yağışlı hava 6 nəfər ölümünə səbəb olub

Yaponiyanın İşikava prefekturasında leysan yağış bir sıra fəsadlar yaradıb. SİA xəbər verir ki, bu barədə NHK televiziyası məlumat yayıb.

Yağıntılı hava səbəbindən yaranan torpaq sürşməsi nəticəsində altı nəfər ölüb. İki nəfər itkin düşüb, səkkiz nəfərin isə taleyi məlum deyil. Torpaq sürüşməsi nəticəsində on işçi Nakaya tunelində qalıb, onlardan ikisi ölüb. Bir neçə bina sürüşmə nəticəsində dağılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə