ABŞ-ın bazası raket atəşinə tutuldu

Suriyanın şimal-şərqindəki Həsəkə vilayətində Əl-Şəddadidə yerləşən ABŞ bazası raket atəşinə tutulub. SİA xəbər verir ki, bu barədə !RİA Novosti! Suriya hərbi mənbəsinə istinadla məlumat yayıb. Bildirilib ki, Amerika bazası dörd raketlə vurulub. Hücum nəticəsində onun ərazisində yanğın başlayıb və sirenalar səslənib.

Sentyabrın 22-də ABŞ əsgərlərinin Livandakı vəziyyətlə əlaqədar Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Ömər və Koniko yataqlarındakı bazalarında xəbərdarlıq səviyyəsini artırdığı bildirilib. Həmin günün səhəri Livan İsrail ərazisinə 100-dən çox raket atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə