Zelenski bu məqsədlə Nyu-Yorka getdi

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının tədbirlərində iştirak etmək üçün Nyu Yorka gedib. SİA xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb. Dövlət başçısının BMT-nin mənzil-qərargahında keçiriləcək Gələcək Sammitində çıxışı, BMT Təhlükəsizlik Şurasının iclasında, həmçinin Baş Assambleyada müzakirələrdə iştirakı gözlənilir. Qeyd edilib ki, Zelenskinin ölkə və beynəlxalq təşkilat rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri planlaşdırılıb. Bundan əlavə, Ukrayna lideri Amerika şirkətlərinin rəhbərləri ilə Ukraynanın enerji ehtiyaclarının ödənilməsini müzakirə etmək niyyətindədir.

Sentyabrın 19-da "Bloomberg" mənbələrə istinadən xəbər verib ki, Zelenski sentyabrın sonunda ABŞ-a səfəri zamanı Ukraynanın NATO və Avropa İttifaqına üzvlüyünə, eləcə də Ukraynanın “qələbə planını” həyata keçirməsi üçün Silahlı Qüvvələrə müasir silahların verilməsinə nail olmaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə