"Bu qeyri-dost hərəkətlər cavabsız qala bilməz və..."

Ukrayna Xarici İşlər Nazirliyi Lukaşenkonu Puşilinlə görüşünün nəticələri ilə hədələyib

Belarus liderı Aleksandr Lukaşenko ilə qondarma “Donetsk Xalq Respublikası”nın lideri Denis Puşilin arasında görüş Ukraynanın Belarusla münasibətlərinə təsir edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Belarus saytları bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verirlər.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi xüsusilə Lukaşenkonun Donetsk vilayətinin işğal olunmuş hissəsində Rusiya hökumətinin nümayəndəsi ilə görüşünü kəskin şəkildə pisləyir.

...Bu görüş Belarusun hazırkı hökumətinin Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyinin yalnız Kremlin göstərişləri ilə diktə edildiyini və onun nə beynəlxalq hüquqa, nə də Belarus Respublikasının beynəlxalq öhdəliklərinə heç bir aidiyyatı olmadığının növbəti təsdiqidir.

Bu məlumatda bildirilir.

Ukrayna həmçinin Lukaşenkonun müvəqqəti işğal olunmuş ərazilərlə əməkdaşlığın “prinsipləri” ilə bağlı ikiüzlü ritorikasını rədd edir və bunu müharibəyə dəstək hesab edir.

...Belarus xalqını başa düşməyə çağırırıq ki, Belarus rəsmiləri ilə müvəqqəti işğal olunmuş ərazilərimizdən olan rus marionetləri arasında dəfələrlə təmaslar fonunda Aleksandr Lukaşenkonun “qardaş Ukrayna xalqına” “isti hissləri” barədə mütəmadi açıqlamaları istehza kimi səslənir.

...Nazirlik əlavə edib ki, bu qeyri-dost hərəkətlər cavabsız qala bilməz və Ukrayna-Belarus münasibətləri üçün mənfi nəticələrə səbəb olacaq.

Qeyd edək ki, bu həftənin əvvəlində Lukaşenko MDB ölkələrinin seçki orqanlarının rəhbərliyi ilə görüşdən sonra Puşilini öz administrasiyasında qəbul edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə