Ukrayna münaqişəsinə Qərbin axmaq yanaşması..?

...ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter bildirib ki, Qərbin Ukraynadakı vəziyyətə axmaq yanaşmasına görə heç kim ölməməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Dialogue Works” YouTube kanalında dərc olunan müsahibəsində bildirib.
…Mən nə Ukrayna, nə Ukrayna lideri Vladimir Zelenski, nə də bu gün Avropada baş verən bu çılğınlıq üçün ölmək istəmirəm.

Bunu deyən Ritter qeyd edib ki, münaqişənin gərginləşməsinin nəticələri barədə düşünmək lazımdır. Xüsusilə, o, Zelenskinin Rusiya ərazisinə hücumlar üçün uzaqmənzilli silahlardan istifadə etmək icazəsi almaq istəyinə işarə edib.

Daha əvvəl Ritter bildirmişdi ki, amerikalılar Ukrayna vətəndaşlarının Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələrlə bağlı fikirlərinə “heç də əhəmiyyət vermirlər”.

…Qərbin uzaqmənzilli silahlarının Rusiyanın dərinliklərinə atəş açmasına icazə veriləcəyi təqdirdə, NATO ilə Rusiya arasında tammiqyaslı müharibənin başlaya biləcəyi istisna deyil.

Bunu da keçmiş zabit bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə