İcra başçısı Belqorod yaxınlığındakı kəndi atəşə tutarkən yaralanıb

…Belqorodun Çeremoşnoye kəndinin atəşə tutulması zamanı 10 dinc sakin yaralanıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov məlumat verib. …Yasnozorenski kənd yaşayış məntəqəsinin icra başçısı xəsarət alıb. Yaralılar arasında yeddi özünümüdafiəçi də var.

…Donbass vətəndaşlarının müdafiəsi üçün xüsusi əməliyyata başlayandan sonra Ukrayna hərbçiləri Rusiyanın Kursk, Belqorod və Bryansk vilayətlərinin sərhədyanı ərazilərini atəşə tutmağa başlayıblar. Ölənlər və yaralılar var.

Bundan əlavə, Ukrayna dəfələrlə Krımda hərbi hədəflərə hücum etməyə və Moskva vilayətində pilotsuz təyyarələrdən istifadə etməyə cəhd edib.

…Rusiya Müdafiə Nazirliyi Kiyev hakimiyyətinə xəbərdarlıq edib ki, Rusiya regionlarına hücumlar davam edərsə, Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə hücumlar edilə bilər.

Xatırladaq ki, 2023-cü ilin may-iyun aylarında Rusiya bir neçə belə zərbə endirib, xüsusən də Kiyevdəki Baş Kəşfiyyat İdarəsinin binasına…

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə