Quterreş BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb

…Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş, Yaxın Şərqdən Ukrayna və Sudana qədər bütün dünyada münaqişələrin çoxalıb tüğyan etdiyini bildirib.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, qlobal kollektiv təhlükəsizlik sistemi geosiyasi fikir ayrılıqları ilə təhdid olunur.

Quterreş əlavə edib ki, fürsət və ümid gətirə biləcək resurslar məhvə doğru tökülür.

Təşkilatın baş katibi həmçinin “səlahiyyətini itirmiş” BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb.

Bundan əvvəl məlum olmuşdu ki, Gələcək Sammitinin açılışı ərəfəsində Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə