Türkiyədə mikroavtobus qəzaya düşüb

Türkiyənin Nevşehir vilayətində mikroavtobusun toqquşması nəticəsində 15-i xarici turist olmaqla 18 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb. Bildirilir ki, sürücü yağışlı şossedə hərəkət etdiyi üçün idarəetməni itirib.

Turistlər Kapadokya səfərindən sonra Antalyaya səfər edirdilər.

Xaricilərdən başqa, sürücü və bələdçi yaralanıb, hamısı xəstəxanaya yerləşdirilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə