Rusiyalı səfir ölümdən qurtulub..?

...Rusiyanın Pakistandakı diplomatik missiyasının rəhbəri Albert Xorev Minqorada keçirilən turizm forumundan İslamabada gedən yolda az qala öləcəkmiş. Belə ki, qonşu maşın minaya düşüb partlayıb. Xoşbəxtlikdən ölən olmayıb, digər maşınlarda olan diplomatik korpus isə ümumiyyətlə, xəsarət almayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyanın Pakistandakı diplomatik nümayəndəsi Albert Xorev bu gün Minqoradan İslamabada gedən yolda az qala terror aktının qurbanı olacaqmış.

Verilən məlumatlara görə, diplomatik korpusun mühafizəçilərinin olduğu kortejdəki avtomobillərdən biri minaya düşərək partlayıb.

Dəqiqləşdirilir ki, Xorev diplomatik korpusun tərkibində bu gün Minqora səfər edib və orada Pakistanın Svat Vadisinin turizm potensialının reallaşdırılması üzrə İslamabad Ticarət və Sənaye Palatasının turizm forumunda Rusiyanı təmsil edib.

Forumda heç bir insident baş verməyib, lakin İslamabada qayıdarkən minaya düşən maşını aşıb.

Xoşbəxtlikdən içəridəki təhlükəsizlik qüvvələri sağ qalıb və yalnız yaralanıb, səfirlərdən heç biri, o cümlədən Albert Xorev də xəsarət almayıb.

Bu mesajı yayan səfirliyin mətbuat xidməti başqa hansı ölkələrin səfirlərinin hücuma məruz qalan diplomatik korpusun tərkibində olduğunu açıqlamayıb. Xarici dövlətlərin Pakistandakı diplomatik nümayəndələrini kimin və nə üçün öldürməyə cəhd etdiyi barədə hələlik məlumat yoxdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə