Cənubi Afrikada güclü qarın fəsadları...

Cənubi Afrikada güclü qar yağışı zamanı bir qadın ölüb.

SİA xəbər verir ki, bu barədə Cənubi Afrikanın IOL nəşri məlumat yayıb.

…Bir qadın Yohannesburq-Durban şossesi ilə hərəkət edən taksidə ilişib qalıb və qar yağması səbəbindən dayanmaq məcburiyyətində qalıb.

Yerli jurnalistlər pis hava şəraitinin fəsadları barədə bildiriblər.

Avtomobil 30 kilometrlik tıxacda qalıb. Avtomobilin içərisində temperatur aşağı düşüb və qadın hipotermiyadan ölüb.

Eyni zamanda, nəşr qeyd edir ki, Qızıl Xaç Cəmiyyətinin Cənubi Afrika təmsilçiləri bloklanan avtomobil sürücülərinə kömək etməyə çalışır və onlara isti yemək paylayır.

…Bundan əvvəl “France 24” telekanalı Cənubi Afrikanın bir neçə əyalətində qar yağması barədə məlumat vermişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə