BMT-nin mənzil-qərargahında təhlükəsizlik tədbirləri gücləndirilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Gələcək Sammitinin açılışı ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilib.

SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nəşr qeyd edir ki, qurumun baş qərargahında media nümayəndələri üçün əlavə yoxlama məntəqələri quraşdırılıb, yoxlama prosedurları da sərtləşdirilib.

Qərargah binası daxilində və onun ərazisində jurnalistlərin hərəkətinə məhdudiyyətlər də tətbiq edilib.

Agentlik qeyd edir ki, bəzi sektorlara, o cümlədən nümayəndələrin gəliş zonasına giriş BMT personalının müşayiətini tələb edir.

Qeyd edək ki, sentyabrın 10-da Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb. Əsas hadisə sentyabrın 24-dən 30-a kimi, sentyabrın 29-da fasilə ilə baş tutacaq yüksək səviyyəli həftə olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə