Peskov "təəssüf edir" ki..?

Avropa İttifaqında çoxları Stoltenberqin "məsuliyyətsiz" münasibətini bölüşdüyünə görə...

…NATO-nun baş katibi Yens Stoltenberqin Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməkdən qorxmağa ehtiyac olmadığı fikrini Avropada çoxları bölüşür və bu, təəssüf doğurur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva Putin” proqramı üçün VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.

Müvafiq fraqment Vesti Telegram kanalında dərc olunub.

…Təəssüflər və mən hesab edirəm ki, onun (Yens Stoltenberqin –A.B.) münasibəti Avropada çoxları tərəfindən paylaşılır. Biz Avropadan çoxlu quduz sözlər eşitmişik, deyirlər ki, guya nə Rusiyadan, nə də Putindən qorxmaq, onları ciddi qəbul etmək lazım deyil...

Bunu Peskov bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə